qayğılı halda dilləndi:
- Sabah əlimə ekspertizanın rəyini ala bilsəydim, yaxşı olardı. Gülafət xanım da evdə tək qalıb. Gözünə görünə bilmirəm...
- Mən gedib baş çəkdim ona...
- Ruslan qəfil dilləndi.
- Bilir?
- Məlikxanlı narahatlıqla onun üzünə baxdı.
- Hə! Sizin o boşboğaz vəkilinizdən eşidib. Çalışdım onu inandıram ki, bunlar böhtan və təxribatdan başqa bir şey deyil.
- Nə deyirdi?
- Gülafət xanım çox ürəyinazik qadındır. Hər halda ona pis təsir edib bu hadisə... Mən ayaqüstü hal-əhval tutub çıxdım. Başqa yerə tələsirdim.
- Hə... Yəqin ki, pis təsir edib ona... - Məlikxanlı ah çəkdi.
- Asəfi çağırıb. Bilmirəm niyə?.. O da gəlib çıxmır ki, öyrənim. Zəng də vura bilmirəm. Deyirəm, birdən yanında olar... İnanırsanmı, Ruslan, düşünəndə ki, o məni xəyanətkar hesab edə bilər, dəhşətə gəlirəm. Ruslan dinmədi. Canına hopan ləzzət hələ çəkilib getməmişdi. Özünü qalib və rahat hiss edirdi. Bilirdi ki, bu işi heç kəs bilməyəcək və heç bir problem də yaranmayacaq. Gülafətə qarşı nə qədər kobud və normadan kənar hərəkətlər etmişdisə də, ayrılanda düşünmüşdü ki, qadın ondan ümumiyyətlə, razı qalıb. Ancaq bir gün əvvəl heç cür
inana bilməzdi ki, Gülafət xanımla aralarında olan ciddi və pərdəli münasibət birdən-birə bu dərəcədə dəyişəcək. Heç indi də tam inana bilmirdi... Necə oldu ki, Gülafət xanımla birdən-birə, ən adi qadınlarla
rəftar etdiyi kimi, rəftar edə bildi?.. Bu cəsarət ona haradan gəldi? Bu suallara cavab tapa bilməsə də, hər halda, özündən razı idi və böyük qələbə çaldığını hiss edirdi. İndi hörmətli Gülafət xanım onun üçün sadəcə
Gülya idi... Ya da Güliçka...
ВЫ ЧИТАЕТЕ
Xəyanət
Детектив / ТриллерElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...