41

81 4 0
                                    

- Axı onun bu işdən xəbəri yox idi!.. - polkovnik məzəmmətlə başını buladı.
- Bəli, düz deyirsiniz. İlk dəfə məndən eşitdi və bu ona çox pis təsir etdi. Ancaq nə etmək olar?.. Onsuz da eşidəcəkdi.
- Xahiş edirəm, - Qasımlı təmkinlə dilləndi. - Bir şeyi unutmayın ki, cənab Məlikxanlı düşdüyü bu dolaşıq işi açmaq üçün mənə müraciət edib. Çünki bu işdə elə qəribə və qaranlıq məqamlar var ki, Məlikxanlının hüquqlarını müdafiə etməkdən daha çox, bu məqamları işıqlandırmaq vacibdir. Mən sizi ona görə təklif etdim ki, vəkillik hüququm olmadığı üçün, mənimlə istintaq orqanı arasında əlaqə yaradıb mənə kömək edəsiniz. Sonra isə, məhkəmə olarsa, orada öz vəzifənizi yerinə yetirəcəksiniz. Odur ki, bir daha xahiş edirəm ki, siz çalışın, mənim göstərişlərimdən kənara çıxmayın!
- Sizinlə tamamilə razıyam, Qanbay müəllim! - Fazil Məmmədli heç də pərt olmadan dilləndi və söhbətinə davam etdi.
- Doğrudan da mən Gülafət xanımla söhbətdən heç nə qazana bilmədim. Bircə onu bildim ki, o çox gözəl qadındır və onu kiməsə dəyişmək ağlabatan iş deyil. Nə isə...
Sonra baş müstəntiq Ramin Əlibəyli ilə görüşdüm. İşi şəxsən özü aparır. Onu da deyim ki, o məni çox da ürəkaçan qarşılamadı və heç bir məlumat da vermək istəmirdi. Ancaq mən qırsaqqız olub yapışdım və ekspertizanın rəyini öyrənə bildim. Vəkil burada susub Qanbay Qasımlıdan nə isə gözlədi. Ancaq onun heç nə danışmadan səbirlə qulaq asdığını görüb yenidən danışmağa başladı.
- Ekspertizanın rəyinə görə, məktub Veneranın, yəni intihar etmiş qızın öz əli ilə yazılıb. Üstəlik stolun üstündən götürülmüş stəkanda da, qələmdə də onun əl izləri aşkar edilib. Tibbi ekspertiza isə göstərib ki, mərhum stəkandakı çaya qatılmış güclü zəhərlə zəhərlənib. Ancaq,
nədənsə, Əlibəyli zəhərin adını deməkdən yayındı. Ölüm saat üç

XəyanətWhere stories live. Discover now