Azğınlıq çıxıbdı dama
Çatıbdı çox şirin tama.
Ədəbsiz bir iş adama
İndi çox ədəbli gəlir
Dörd tərəfi kinli ada
Qəzəb qaynayır ortada
İnsan artıq həyata da
Doğuşdan qəzəbli gəlir.
Fəxr olub dələduzluq
Əxlaq təşkil edir azlıq
Həya gedir, həyasızlıq
Gəlir, yerli-dibli gəlir!
Gah saçımız olur buruq,
Gah da paltarımız cırıq.
Yavaş-yavaş soyunuruq,
Hər gələn il dəbli gəlir.
Əl çirkinə qəlb bulaşıb.
İstəyimiz həddi aşıb.
Bir də gördüz firma çaşıb,
Kəfənlər də cibli gəlir.
Dərd verdilər, yoxdur əlac.
Etdilər məlhəmə möhtac.
Apteklərə yox ehtiyac,
Ərzaqımız həbli gəlir...
Ağac, meşə qırıq-qırıq.
Suda zəhərlənir balıq.
Bax özümüz çağrırıq,
Bəla təəccüblü gəlir?
- Hümbət İsmayılovŞəkil : @NigarSadiq
Söhbət üçün ən yaxşı üsul olan çay, bəlkə şeir oxumağa da hövsələ yaradar.
Özü də belə gözəl şəkildə çay.
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!