"Yanır qəlbimiz"

50 6 10
                                    

Adam tərk edilib qalır heyrətlə
Dərdlərsə ard-arda gəlir cürətlə.
Üfürür küləktək zaman sürətlə
Əsir, aram-aram yanır qəlbimiz.
  
Daha da batırıq üzdükcə dərdə.
Yorulub, usanıb, bezdikcə dərdə.
"Halaldı" deməyin dözdükcə dərdə,
Sevinc olur haram, yanır qəlbimiz.
 
Gedir gündüz-gecə ziyarət edir.
Bizi almır vecə, ziyarət edir.
Gəzir bircə-bircə ziyarət edir
Hər arzu, hər məram yanır qəlbimiz.

Ürək yana-yana döndü Allaha
Atəşin səsiylə dindi Allaha
Biz şükür borcluyuq indi Allaha,
Deyək : minnətdaram! Yanır qəlbimiz...
 
- Hümbət İsmayılov
Şəkil və ilham : NigarSadiq

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora