Hər uğur gəlməsin sənə şans ya baxt...
Gör neçə döyüşlə ucaldılır taxt...
Həyatı rəngləyən bu qızın bir vaxt,
Boya qələmləri əsirgənirdi...
Məhrum ola-ola necə oldu bəs
Qırdı və dağıtdı tonlarla qəfəs?
Daxildə fırtına, dildə zərif səs,
Soruşan olmadı bu nə hənirdi?...
Beləcə ürəyi daşdı gözünə...
Kədəri qoşuldu yaşın izinə.
Bir dəfə baxsaydız gözəl üzünə,
Saf, dolu gözündən qəlb görsənirdi...
Cənnəti tanış gələr bir çox insana,
Deyərlər : mən şahid olmuşam buna!
Bir zaman dünyada lap yana-yana,
Əsəri Cənnət bir fırça dinərdi... ✨- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!