Nə bir gözə baxaydım.
Nə bir ürək yaxaydım.
Birdən yoxa çıxaydım,
Heç var olmamış kimi...
Ölümü gözləməmiş,
Yolunu izləməmiş.
Həsrətlə özləməmiş,
Heç yar olmamış kimi...
Gedəydim yağış kimi
Hərbidə barış kimi.
Nə qış olmamış kimi,
Nə qar olmamış kimi.
Bir ümid də sönəydi
Bir ağrı da dinəydi
Dünya yenə dönəydi,
Nigar olmamış kimi...
- Hümbət İsmayılov
Böyük ehtiramla @NigarSadiq -ə həsr olunur.
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!