Bura elə boşdur sanki dolmayıb.
Sanki buralarda insan olmayıb.
Artıq küçələrdə adam qalmayıb
Çünki fürsət tapan qaçır Bakıya.
Boş qalıb zavodlar, uçub, dağılır
Xəstələr oraya gedib, sağalır
Bütün tələbələr ora yığılır
Hər kəs yelkənini açır Bakıya
Heç kəs təəccüb etmir bu cür pənaha
Maaşlar yüksəkdir, həyat da baha.
İsti yer axtarıb köç etmir daha,
Yəqin ki quşlar da uçur Bakıya
Hər cür adam gedir gedən qatarda.
Aşiq də köç edir sevdiyi yar da
Sönür ümidlərin ulduzu burda
Və parlaq nurunu saçır Bakıya...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!