Rəsm

27 5 2
                                    

Bu nə mənzərədir, İlahi! Canlar yerə gömülür
Gömüldükcə ucalan baş daşları görülür
Hər ucalan baş daşı bizə işarə verir
Arzuları yaşayır, arzulayanlar ölür...

Biri üçün batanda biri üçün çıxır gün
Gah ümidlər oyadır, gah xəyallar yıxır gün
Şəfəq deyil bu sanki yerdən ilham alaraq
Qan rənginə boyanıb, qana bənzər qoxur gün
 
Yerdə sönəndə işıq, asimanda yanır nur
Milyonlarla ulduzun hikmətində nə durur?
Sanki o geniş səma bir güzgüyə çevrilir
Yerdə yanan ürəklər səmada əks olunur...
 
Bu ömürün qatarı getdikcə sürətlənir
Zaman ilə yarışır həm də cəsarətlənir
Acları doyurmağa xəsis olan bu bəşər,
Döyüşlərə gələndə nədən səxavətlənir?!
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now