Bizim xeyrimizə qoyur O,yasaq.
Gərək tabe olaq həm qulaq asaq.
Cümləmiz Allahdan razı olmasaq,
Allah cümləmizdən razı olarmı?
Dilimiz çalışsa qeybətə hər an
Sözümüz olarsa çirkli bir tikan.
Olsa kəlamımız yalan və böhtan,
Allah cümləmizdən razı olarmı?
Şeir həqiqətlə gözəl alar dəm.
Oxuyan gözlərə süzər ürək nəm.
Haqqın izi ilə getməsə qələm,
Allah! Cümləm izdən razı olarmı?
Şairin silahı qələmsə əgər,
Qələmdən çıxan söz miz kimi deşər.
Bundan zərər çəksə məsum bir bəşər,
Allah! Cümlə mizdən razı olarmı?
- Hümbət İsmayılov
Şəkillə şeir yazan : NigarSadiq
ESTÁS LEYENDO
"Hər vaxtınız şeir" ...
PoesíaHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!