Çoxdur səhvimiz

8 2 0
                                    

İşığa güvəndik Günəş batanda...
Şamlara güvəndik dilək tutanda...
Gecə bağlayaraq rahat yatanda,
Sənə cəftə qədər güvənmədik biz...
Ey Tarnı! Əfv elə, çoxdur səhvimiz...

Qarın doysun deyə hər nə var yedik.
Qanun tanımadıq, yıxıb-devirdik.
Sən oruc deyəndə biz üz çevirdik,
Həkimin sözüylə saxladıq pəhriz...
Ey Tarnı! Əfv elə, çoxdur səhvimiz...
 
Bizi heyran etdi Yer adlı məskən.
Demədik kim verib bunu görəsən?
Həyatı bizlərə bəxş elədin Sən,
Biz onu Səndən də tutmuşuq əziz...
Ey Tarnı! Əfv elə, çoxdur səhvimiz...
 
Sanmayın Hümbətin yoxdur xətası.
Məsumluq deyildir yazmaq əsası.
Mənim səhvlərimin budur sədası,
Qoy mənim xətamdan yarasın bu iz,
Ey Tarnı! Əfv elə, çoxdur səhvimiz.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora