"Şair"

45 7 13
                                    

Mənim sağalmayan yaralarım var,
Hansı ki qaşıyıb anlamışam mən.
Mənim anlaşılmaz misralarım var,
Hansı ki yaşayıb anlamışam mən.

Dərdini yazana dəyəri vermir.
Vəfasız olubdur əzəldən insan.
Ruhu parçalanır toplaya bilmir,
Sizinçün qafiyə düzəldən insan.

Bizdə unudulmur unudulanlar,
Şair qəlbdə tutur, bəşər saxlamır.
Misraya axaraq əsər olanlar,
Qəlbdə xoşbəxtlikdən əsər saxlamır...

Bəzən hiss, edilmir sözlə ifadə
Söz tapa bilmirsən mənaya gələn.
Şeir sevilməyən bir zəmanədə
Şair olmaq kimi, məsələn...

- Hümbət İsmayılov

Çox az insanın başa düşməyi bacardığı şəkillərin müəllifi, vahid və Sadiq oxucu : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now