"Düşür yadıma"

51 8 14
                                    

İtirmişəm yer üzündə mələk mən.
Çox yemişəm qəm adında çörək mən.
Yar sözündən uzaq gəzim gərək mən,
Yar deyəndə yaram düşür yadıma.

Səbr edərək yeridikcə yıxır yol.
Sanki mənə düşmən kimi baxır yol.
Xəyalıma nifrətimdən çıxır yol,
Qovuşanda haram düşür yadıma.

Bəlkə həyat gözəl, mənsə çirkinəm.
Niyə unudulmuş niyə misginəm?
Bəzən sanıram ki yoxam, itkinəm,
Neçə ildir varam, düşür yadıma

Bəlkə xatırlarsan beş-on xatirə.
Ya son görüş yeri, ya son xatirə.
Sənin unutduğun bir ton xatirə
Mənim qram-qram düşür yadıma...
 
- Hümbət İsmayılov
Şəkil : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now