"Nifrət"

204 32 37
                                    

İçimdə artıqca sizlərə nifrət,
Sizdən daha aydın olur bu zülmət!

Mən Günəş olarkən bulud deyənlər,
Qəhəri saxlama, tez ud!Deyənlər
Mənə davranışla unut deyənlər,
Bilsin unudacam olsa da zəhmət!

Tək ölüm ömrümün tək əlacıdır.
Kədərlər başımın qızıl tacıdır.
Mənim yalanım və doğrum acıdır,
Siz şirin yalanlar sevərsiz əlbət!

Gedin elə isə saxtalıqlara,
Əsli palçıq olan ağappaq qara.
Bir gün alan zaman dərindən yara,
Baxarsız düşərəm yadlara xəlbət...

Güclərin bərabər olduğu zaman,
Qəlbimdən tikanlar çıxacaq yaman!
Əsla eşitmərəm bir fəryad, aman,
Kimsə gözləməsin məndən mərhəmət!

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora