Ağlaram (İthaf)

44 9 18
                                    

Sükut var dilimdə, sanki lal olmuş
Ürəyim buluda bənzəyir, dolmuş.
Bir hava kimiyəm kəskin tutulmuş
Xəfif küləklər toxunsa, ağlaram
  
Qorxuram bu yaşdan, yoxumdur hünər.
Ağlasam çarəsiz halım görsənər.
Yanağıma yağan leysan gizlənər,
Əgər yağış da yaxınsa, ağlaram
 
Kədərim var, daha nəyə möhtacam?
Neçə cəhdə? Neçə səyə möhtacam?
Bircə kiçik bəhanəyə möhtacam
Bir musiqi xoş oxunsa ağlaram...
 
Çörəyi yox, dərdi bölüb dərdi kəs.
Məndən artıq yeyər qəmi hansı kəs?
Söylə! Sənin ağlamağın varmı bəs?
Məndə çoxdu, bax, yoxunsa, ağlaram...
 
Şəkilləri danışıran Nigar Sadiq üçün...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now