"Ən üstün məxluqdur bu insan, bəşər"
Halbuki onlardır bu dünyada şər.
Zəifi düşürər, güc görsə düşər,
Sanki başqa yalan tapmamışdılar...Verildi nəfslə birlikdə ağıl,
O gündən başladı qorxulu nağıl.
Dözmə bu insana ey dünya! Dağıl!
Sanki başqa plan tapmamışdılar.Hərə bir cür gedir, xatirə qalır.
O da ki gedəni ağıla salır.
Qalan xatirələr canını alır,
Sanki başqa qalan tapmamışdılar.
Eşqi əlimizdən çəkib aldılar.
Külləri gözlərə töküb aldılar.
Girib ürəklərdən söküb aldılar,
Sanki başqa talan tapmamışdılar...
- Hümbət İsmayılov
Möhtəşəm şəkillərin ünvanı : NigarSadiq
ČTEŠ
"Hər vaxtınız şeir" ...
PoezieHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!