Məzarıma heç getməyin
Yanınızda sanın məni
Ya heç zaman yad etməyin
Ya da hər gün anın məni
Sevinmir o mərmər, o daş...
Siz anlayın, qanın məni
Özünün şad günündə kaş,
Ansın şirin canın məni
Sevindirə bilməz inan
Saxta şöhrət, şanın məni
Şad edər səmimi yanan,
Axan isti qanın məni.
Ölən sizi ölü görür...
Siz o qədər danın məni.
Burdan baxanda güldürür
Yaşamı insanın məni...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!