"Dillənir gözün"

40 5 4
                                    

Düşüncəm dayanmır, dayanır vaxtsa.
Fikrim axan yerə zaman da axsa...
Yata bilirsənmi gecələr, yoxsa,
Sənin də tavana zillənir gözün?

Hər kəsə ümidin bir-bir öləndə,
Hər xəyal məzara göndəriləndə.
Danışa bilirsən dindiriləndə?
Yoxsa ki susursan, dillənir gözün...?

Bilmək üçün nədir günahın, suçun,
Düşünüb, yorulub, itirib gücün,
Bəzən ən dərindən "of" çəkmək üçün,
Sənin də səmaya millənir gözün?

Gözünün yaşını saxlama! Axsın!
Qəlbinin ahını üzə buraxsın...
O da buxarlanıb səmaya qalxsın,
Baxarsan sevincdən sellənir gözün...

- Hümbət İsmayılov
Yeni kitab və hər gün daha gözəlləşən şəkillər : NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now