"Bir ayət qalıb" (qəzəl)

88 19 26
                                    

Məndə nə bir dözüm, nə taqət qalıb.
Söyləyin harada məhəbbət qalıb?

Könlümdən keçir bu dünyadan köçmək,
Bəs sənin könlündə nə hacət qalıb?

Dünən var olanlar bu gün yox olur,
Kimin varlığına zəmanət qalıb?

Cismə lağ edənlər ruhu görəydi,
Sınıbdır nə bir qədd nə qamət qalıb.

Dünyaya gəldik və yaşadıq indi,
Cəhənnəm görmüşük, bir Cənnət qalıb...

Bütün varlığımla hazıram buna,
Mənə son eşqimdən bir ayət qalıb.

Bir gün görəcəksən nə yeni şeir,
Nə də ki geriyə sağ Hümbət qalıb.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now