"Qarşıma çıxma! "

45 11 11
                                    

Nə badə qarşıma çıxarsan mənim!
Gözlərim qəlbinə kəsilər qənim...
Gözümdən qəlbinə axaraq qəmim,
Son dəfə baxacam, çıxma qarşıma!

Özün cavabdehsən sən öz payından.
Özümə baxaram gözün suyundan.
Bu həyat adlanan iyrənc oyundan
Tezliklə çıxacam, çıxma qarşıma!
 
Mənim xəyalımı oyun sanardın.
Yalnız öz xəyalın üçün yanardın.
Həmişə mən qurar, sən dağıdardın,
İndi mən yıxacam! Çıxma qarşıma!
 
De artıq fərqlidir özgədən nəyim?
Mən də özgə yazım, özgədən deyim.
Qəm yemək istəsəm özgədən yeyim,
Görsən də çox acam, çıxma qarşıma...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now