Prezident gələndə

27 5 2
                                    

Həm binalar tikilir
Həm ağaclar əkilir
Millət qeybə çəkilir
Prezident gələndə
 
Sönmüş işıqlar yanır
Ətraf-aləm canlanır
Yollar da asfaltlanır
Prezident gələndə
 
Susmuş hüquqlar dinir
Yüksəlmiş başlar enir
Qanun qüvvəyə minir
Prezident gələndə.
 
Bu xaraba, palçıq, kir
Gülüstana çevrilir
Tezcə tökülür tədbir
Prezident gələndə

Biz bunu kənd, şəhərdə
Görürük hər səfərdə
Bir yuxuda və bir də
Prezident gələndə
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora