"Görüş yerimiz"

77 11 16
                                    

Görüş yerimizin yaşlı gözləri.
Məncə o, tanımır ayrı üzləri...
Saxlayır səninlə bağlı sözləri,
Hər ordan keçəndə mənlə bölüşür. 
  
Bir vaxt eşqdən idi zəmin o yerdə.
İndi hökmü keçir qəmin o yerdə.
Bəlkə xatirələr həmin o yerdə,
Utancaq-utancaq yenə görüşür...

İzin var o yerdə, bölgədə sənin.
Orda işıqlar da kölgə də sənin.
Xəbərin yoxdur heç bəlkə də sənin,
Hər gecə orada itlər hürüşür.
 
O yazıq saralıb-solub qubardan.
Necə ayrı görsün o,yarı yardan?
Hər dəfə biz ayrı keçdikcə ordan,
Tozlardan saçına onun dən düşür...
 
- Hümbət İsmayılov
 
  Möhtəşəm şəkillər ünvanı: NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now