"Qar"

52 10 10
                                    

O vaxt qar yağanda çox sevinirdim,
Görəndə ürəyim lap açılırdı.
Oynayıb yerə də mən sərilirdim,
Üzümə göylərdən nur saçılırdı.

Oyanıb baxardım o bəyaz qara
Onda ürəyim də ağappaq idi.
Nə böyük dərd vardı, nə dərin yara,
Başımda qapqalın bit papaq idi.

Qoymazdım heç kəsi üstündə gəzə.
Gəzsələr o qara düşürdü izlər.
Böyüyüb nələrə verdim icazə,
Artıq ürəyimi deşirdi sözlər...

İndi qoy salsınlar öz izlərini,
Fərqi yox kim nəyi dağıda, sökə.
Görüb tanısınlar qoy özlərini,
Bəmbəyaz yerlərə vurduqca ləkə...

- Hümbət İsmayılov
 
Fotoların ruhu @NigarSadiq - də

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now