"Müəllim"

9 2 0
                                    

Adi görmək olmaz bu böyük adı
Ötürə biləndir müəllim savadı
  
Hər uşaq zəkası gizli bir nursa,
Parlayar müəllim "əlini vursa".
Öyrətmək uğrunda sərf olunursa,
Şirindir ən ağır zəhmətin dadı.

Elmini bilənə məlhəmdir mey də.
Elmli adama yaxındır göy də.
Bu gün öyrətdiyi ən adi şey də,
Bir gün şagirdinin olar imdadı.

Xətt kimi yolları düzləşdirərək
Dinləyib, anlayıb və beş verərək...
Öyrədə-öyrədə birləşdirərək,
Müəllim lap doğma edəndir yadı.

Elminin ruhuna müəllimdir rahib.
Ömrünün yoluna müəllimdir katib.
Bir Ana bir neçə övlada sahib,
Müəllimin minlərlə olur övladı.

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now