"Lay-lay"

17 3 5
                                    

Bizim gözəl dünyamız var,
İçində də gözəl bəşər.
Onlar mehriban dolanar,
Nə zərər var nə də şər.

İnsanlar mərhəmətlidir,
Güzəşt edir bir-birinə.
Bilir qiymət,bilir qədir,
Şərik olur dərd-sərinə.

Yıxılanı qaldıraraq
Dəstək olanlar çox olur.
Toxlar acla paylaşaraq
Yardım edir, ac tox olur.

Hamı səmimidir inan
İçi ilə üzü birdir.
Dürüstlük var, yoxdu yalan
Hər bir kəsin sözü birdir.

Bu dünyaya hər atılan
Səxavətlə qarşılaşır.
Fədakar və comərd olan
İnsanlarla dolub-daşır.

Burda nə bir qəlb qırılır
Nə də könül sındırılır
Nə kürəklərdən vurulur
Nə ürəklər yandırılır

Hər zəhmətin min əvəzi
Hər əməyin bəhrəsi var
Əsla aldatmır tərəzi
Doğru çəkər, doğru yazar

Burda qadın özəl kəsdir
Ona hörmət edir hərə
Bilirlər ki bir nəfəsdir
Əzəlindən bu bəşərə

Kişilərsə həm dağ olub
Həm də bağa can yandırır
Boş işlərdən uzaq olub
Ailəsini dolandırır

Yoxdur burda yaltaq olan
Uğuru zəhmət gətirir
Yoxdur burda alçaq olan
Şərəfi izzət gətirir

Yoxdur burda dustaq olan
Yoxdur cinayətdən əsər
Qolda qandal qolbağ olan
Utanar, özündən küsər

Müharibə heç edilmir
Minlərlə can qurban olmur
Sərvətlər də heç güdülmür
Qoşunlar da mehman olmur

Xəyanət yaddır bu elə
Var sadəqət, vardır vəfa
Yalanlar da dəymir dilə
Hər bir yara yardır vəfa

Bir ayıbdır təhqir, söyüş
Mərifətsə ali dəyər
Arif xalqa nədir söyüş?
Söyüşü cahillər söyər.

Hamı elmi şərəf bilir
Tələb edir nəfəsitək
Elm olan yerə gəlir
Elmsiz yer qəfəsitək...

Əxlaqlıdır bu məxluqat
Həya bilir, abır bilir
Ədəblidir bu camaat
Nurlu üzündən bilinir...

Yazdım ki bu sətirləri
Bir az xəyaldan qopasız
Acı həqiqət qədəri
Şirin yuxular tapasız...

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Tempat cerita menjadi hidup. Temukan sekarang