Bura yer kürəsi, oyun yeridir.
İnan oyunları ondan iridir.
Bu elə dövrümüzün təsviridir
Maska taxmayanı cərmələyirlər.Bir sınaq, imtahan göstərin bizə.
Yoxlayın, düşünən dəymir ki gözə?
Gərək tabe olub baxasan sözə,
Sözə baxmayanı cərmələyirlər.
Agah olmaq olmaz, bu qorunan sirr.
Görünməz silahda güclüdü təsir.
Çıx desə çıx evdən, gir desələr gir,
Girib-çıxmayanı cərmələyirlər.
Görsən də təhlükə bir uydurmadır,
Bilsən də sürünü çoban aldadır...
Gərək ki qorxasan, baxma saxtadır,
Çünki qorxmayanı cərmələyirlər...
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!