Tut ağacım

11 0 0
                                    

Xatirələr qanadında
Yaşayan da indi mənəm.
 Ağır yükü budağında
Daşıyan da indi mənəm.

Şahid oldun gerçəyimə
Sirli sözüm yoxdur indi.
Ötən günlər ürəyimə
Batan sirli oxdur indi.

Bu qocalan ruha baxıb,
Vurur zərbə budaqların.
Nə körpə bir ruhum qalıb,
Nə də körpə budaqların.

Xatirələr bu dünyada
Şirin olur dadın kimi.
Mən öləndə yasımı da
Sən tutarsan, adın kimi...

 Sanki uşaqlıqdan bəri gülməmişəm
Çox qapı gəzib özümə gəlməmişəm.
Bir gün səni özüm kimi görüb sənə
Bunu söyləyəcəyimi bilməmişəm

- Hümbət İsmayılov

Aygün Səmədzadənin eyni adlı bəstəsi üzərində Zəkirə Allahverdiyadan sonra ikinci dəfə yazılmış sözlərdir.

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now