Yol alır hərə bir mənzilə əlbət.
Bir yol axtarır ki, artıra sürət.
Deyirlər mənzilə aparır niyyət,
Niyyətim sonuncu mənzildi mənim.
Mən burda biraz da qalsam öləcəm.
Gedəcəm, xoşbəxtlik bulsam gələcəm.
Nə zaman məzarda olsam biləcəm,
O zaman sükutum ən zildi mənim...
Ölümün ağ yönü var, deyil qara.
, Göstərim, diqqət et indi sən bura.
Üstünə haqqımı alacaqlara
Ölümüm güzəştdi, tənzildi mənim.
Dövr insanları tutur təlaşda.
Nə vicdan saxlayır, nə ağıl başda.
Ölümüm dəyərli olsa bu yaşda,
Sanaram ömürüm yüz ildi mənim.
- Hümbət İsmayılov
Yarpaq düşəndə gərək elə yerə düşsün ki, ona baxanda aydın səma görünsün.
Yəni, insan öləndə gərək elə ölsün ki, ona baxan aydınlığa bürünsün.Bunu bizə şəkil ilə ifadə edən sənətkar : NigarSadiq
ESTÁS LEYENDO
"Hər vaxtınız şeir" ...
PoesíaHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!