Ölüm naminə

54 8 25
                                    

Bəlkə də çatıbdır sətirlər minə
Hansı ki yazmışam ölüm naminə
Siz başa düşmürsüz onları yenə
Bilmirsiz yaşamaq istəyimdəndir.
 
O yaşam cəhdi ki qırılır, sınır.
O qəlb arzusu ki kül olur, yanır.
O nikbin insan ki bədbinəm sanır,
Özü şər axtaran, şəri güdəndir
 
Şər deyil məndəki ancaq şeirdi
Görə bilən üçün şər də xeyirdi.
Üzdə gülüş görən xoşbəxt deyirdi
Bilmirdi o gülüş qəm gizlədəndir.
  
Gizlədib qəlbimdə qəm daşıyıram.
Qanasa bilinmir ən xoşu yaram.
Gəzirəm, gülürəm mən yaşayıram
Görünən ruh deyil çünki bədəndir
 
Qaradır dünyatək kəlamım-sözüm
Görmür ki başqa şey həyatda gözüm.
Heç kəsi qınamaq olmur əzizim.
Nə bilsin ölümdən yazmaq nədəndir

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now