mən Bu Cür Öyrənmişəm

28 3 0
                                    

Gözlərimdə tökülməmiş yaş qalıb
Dözmüşəmsə, ürəyimdə daş qalıb.
Uzatdığım əl hər zaman boş qalıb
Əl üzməyi mən bu cür öyrənmişəm

İstək ilə səbr gərək söyləyib
Səbr edərək gözləmişəm istəyib
Çatmamışam murada səbr eyləyib
Və bezməyi mən bu cür öyrənmişəm

Məni əli kirli, alnı tər görüb
Yəqin həyat igid görüb, nər görüb
Hər bir işin axırında şər görüb
Şər sezməyi mən  bu cür öyrənmişəm

Arzum uçub puç olubdu fələkdə
Parçaların seyr etmişəm küləkdə
Hər gedənə sözüm qalıb ürəkdə
Söz düzməyi mən  bu cür öyrənmişəm
 
Bu dərd ümmanına hamı baş vurub
Dalğalar məni də hamı tək yorub
Bir dalğa batırıb, biri qaldırıb
Bax, üzməyi mən bu cür öyrənmişəm
Həm dözməyi mən bu cür öyrənmişəm

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now