Qonaq hər zaman aldanıb.
Ev sahibi haqqı danıb...
Birdən bizi insan sanıb
Bu dünyaya gələn olar...
Gizlə ölən uşaqları!..Gərək zamandan əl üzək.
Ona inanmamaq gərək .
Ay ağ saqqal, ay ağ birçək!
Sənə çətin növbə qalar,
Gözlə ölən uşaqları...Dünya susub dilim kimi...
Silah susmur elm kimi...
Sən də otur film kimi
Sonda hüzn valsı çalar
İzlə ölən uşaqları...
İzlə-izlə bu zülmü, döz...
Qəlbin ocaq, bu dərd də köz..
Bəs qılıncdan itiydi söz?...
Qılınc əlindən kim alar
Sözlə, ölən uşaqları?- Hümbət İsmayılov
ESTÁS LEYENDO
"Hər vaxtınız şeir" ...
PoesíaHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!