Bağışla bizi şəhid Anası...
Bağışla ki fəryadından ucadır səs,
Maşın siqnalları musiqi səsi.
Torpaq uğrunda can verən var,
Bu səslərdə unutdurur o kəsi...Bağışla ki sevinirik, əylənirik, biz şadıq.
Axı biz nə yaralanan, nə itkin düşən nə də şəhid övladıq...Bağışla bizi övladından bixəbər Ana
Vecimizə deyil bizim, gərək dözəsən buna.
Bağışla ki utanmırıq, həyasızıq, arsızıq...
Bizə nə ki ürəyində var sızıq...
Bağışla! Bizim üçün ayağını, əlini,
Qurban verən, yaralayan belini
Çiyinlərdə daşıyaraq ölünü
Qələbəyə gedən əsgər, bağışla!
Gözləyə bilmərik axı bir anda
Bayram eyləyirik indi hər yanda
Nə olsun ki isti evdə yatırdıq,
Sən səngərdə şaxtalarda qalanda...
Əziyyət sənindir, qələbə bizim!
Sənin gözlərində qəlpə yarası,
Mənimsə aydın gözüm...
Bəlkə Allah bağışlayar, rəhm edər
Bizim ayıbımız örtülər örtülər bəlkə...
Bizik şəhid mağarının ətrafı ilə,
Musiqiylə dövr eliyən bir ölkə...Bizə rəhm et Allah! Bizi bağışla
Gizlət Ana göz yaşını yağışla...
Dünən soyuq havada isti ürəklə
Sinəsini deşən mərmi, tüfənglə
Şuşa qalasına dırmaşan əsgər
Nə bilsin məgər?
Daha betər ağrıdacaq mərmi var...
Dayanmadı, çünki Onu aparan vətən, millət sevgisidir.
Bu gün Anası ağlayan evin
Qarşısından toy-bayramla keçənlərin mərmisidr...
Sevinənlər bağışlamaz şairi ancaq.
Eybi yoxdu, edam üçün edin yığıncaq...
Vəzifəyə mindirənlər hər yoldan ötən xaini,
Çətin olmaz elan etsin məni vətən xaini...!
- Hümbət İsmayılov
VOUS LISEZ
"Hər vaxtınız şeir" ...
PoésieHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!