Qar 2

37 6 7
                                    

Bağ bülbülə, bülbül gülə həstərdir.
Bir xoş sözə, şirin dilə həsrətdir.
İnsanlar ağ günə elə həsrətdir,
Qar yağanda sevinir uşaq kimi...

Böyüklər də uşaqlarla oynayır.
Bir-birinə qar xəbərin tez yayır.
Bu soyuqda qanı birdən qaynayır,
Axır damarında lap bulaq kimi...

Bu nadir tapıntı ruhun məstidir.
Bu sevinc həddinin daha üstüdür.
Bu isti,ürəkdən gələn istidir,
İsitmir nə əlcək, nə papaq kimi..
 
Yalanlar qoy artıq uzaq dayansın!
Zülmətin içindən bir nur oyansın!
Ruhunuz, cisminiz nura boyansın

Elə səmalardan gələn ağ kimi!

- Hümbət İsmayılov
Şəkillər @NigarSadiq - in obyektivində dilə gəlir.

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now