"Qınaq" (İthaf)

28 1 2
                                    

Sıxır onu yer ilə indi göylərdən fələk.
Ona nə leysan yağış, nə də çarədir külək.
Axı niyə yaratdın, Cəhənnəmdə bir mələk?
Tanrı təəccüb eylədim, nə qəribə sınaqdı?
  
Zülm yağış yağdırır, nə vaxt sona çatacaq?
Gülüşünə qəmzə yox, tikanlarmı batacaq?
Yəqin güllər bitəcək, çiçəklər boy atacaq,
Çünki məzlum yanaqlar həm də məsum yanaqdı.
  
O yaralı könlünü, bağrını qan etməyin!
Onsuzda rahat deyil, çox nigaran etməyin!
Nə olar bu dünyanı, ona zindan etməyin,
Onsuz o da gedəcək, hamı kimi qonaqdı.
  
Haqqı görə bilməyən kora dönmüş gözlərə,
Axmaqca hökm edən, o axmaqca sözlərə,
Qələmin hayqırışı, fəryadıdır sizlərə,
Bu şeir haqsızlığa, zülmlərə qınaqdı!

- Hümbət İsmayılov

Möhtəşəm Fotoqraf @NigarSadiq üçün

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now