Xətadır

7 2 0
                                    

Sən nə danışırsan danış, a bədbəxt!
Haqqı de, əlləşib vuruş ha, bədbəxt!
Doğrunu deməyə çalışma, bədbəxt!
Şöhrətin yoxdursa, sözün xətadır!...

Yolları əyridir, libası düzdür.
Təqdimat gözəldir, teması düzdür.
Məşhur olanların xətası düzdür,
Üzgünəm, səninsə düzün xətadır...
 
Bir gün təsdiq edər gözün xətanı.
Düzəltməz min doğrun, düzün xətanı.
Sən yaxşı bilirsən özün xətanı,
Bilirsən... Bilirsən özün xətadır!

Kimsən ki, söz yazıb, söz yayasan sən?
Yediyin haqlardan kaş doyasan sən...
Kimsən ki həyatda iz qoyasan sən?
Sənin qoyduğun hər izin xətadır!

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now