Götürdüm bəxtim tək qara çayları,
Tökdüm qəlbim kimi bomboş çaydana
Suyunu tökərək yandırdım altın,
Yanmayan dəmlənməz, haqlıydın Ana!
Tökdüm qaynar suyu dəmlənsin deyə.
Axırdı yaşım tək, nəmlənsin deyə.
Daha çox alov da lazımsa əgər,
Qoyum qəlbim üstə, qəmlənsin deyə...
Könlüm acı istər, özgə istəməz.
Nə şirin bir xəyal nə gerçəyi gəz!
Alovda çox qalıb qaynamışam mən,
Artıq o qənd məni şirin eyləməz...
Vaxtında rəng qatan olmayıb biri,
İndi heç bu işin varmıdır yeri?
Məni soyudublar, yorma özünü!
Rəngin isti olsa yoxdu təsiri...
- Hümbət İsmayılov
Şəkil və ideya müəllifi : @NigarSadiq
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!