"Cəhənnəm"

22 7 6
                                    

Nə bir xəmir nə unla,
Nə bir daş nə betonla,
Bizdən özgə sütunla,
Abad deyil Cəhənnəm.

Taleyi məlumlara,
Bu zalım məzlumlara...
Həyasız məhkumlara,
İmdad deyil Cəhənnəm.

Əzabı qat-qat dərin,
Təamı zəhər, irin.
O günahlar tək şirin
Bir dad deyil Cəhənnəm...

Nələr etdiksə bir-bir,
Görülməliydi tədbir.
Sadəcə nəticədir,
İcad deyil Cəhənnəm...

İstəməzdim heç düşəm.
Öz odumda mən bişəm...
mən dünyadan gəlmişəm
Heç yad deyil Cəhənnəm...
 
- Hümbət İsmayılov
Fotoqraf : NigarSadiq

"Hər vaxtınız şeir" ...Opowieści tętniące życiem. Odkryj je teraz