"Oxunmuram əl çəkin"!

59 11 5
                                    

Sözüm çatmaz elə, yazacam yenə,
Misralar var hələ, yazacam yenə.
Dəli olsam belə yazacam yenə,
Nə gülürsüz? Oxunmuram, əl çəkin!
 
Nələrdən ruhlanıb, şövq alacaqsız
Neçə macəraya sövq alaacaqsız.
Xoşbəxtlik oxuyub, zövq alacaqsız,
Nə gəlirsiz? Oxunmuram! Əl çəkin!
 
Gedin-gedin, yaxşı cığır qazırsız.
Tərk edənlər! Siz hər zaman hazırsız!
Fərqi yoxdu kimlərə nə yazırsız,
Nə silirsiz, oxunmuram, əl çəkin!
 
Mən yazaram, mənə qalar bu xətt tək.
Qoy görünsün bu axmaq bir sənət tək.
Ya bir ümid, ya da münasibət tək
Kəsilirsiz, oxunmuram, əl çəkin!
Qəlbinizə toxunmuram, əl çəkin...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now