Nələr hiss edirəm mən yazanadək
Dözürəm, beynimə qan sızanadək
Elə canlısından cansızınadək
Büstübün məxluqat durub qəsdimə.Sanki yıxılana yer olur vətən
Sürünür, sürünür, vaxt olur itən.
Gözləsəm keçməyən, tələssəm ötən
Bax həmin o saat durub qəsdimə
Bu nə cür qurğudur? Bu nə cür plan?
Vahid həqiqətlər mənəmi yalan?
Mənə yaşamaqçün verilmiş olan
Duyğu və hissiyat durub qəsdiməMüsbət olan hər şey tez vidalaşıb
Hələ böyümədən yox olub çaşıb
Mənfi nələr varsa indi toplaşıb,
Yığılıb qatbaqat, durub qəsdimə.
Bəzən hərəkətlə, bəzən sözüylə
Bəzən baxışıyla, bəzən gözüylə
Toxunur əsəbə elə özüylə
Elə bil camaat durub qəsdiməKimsə mənim üçün kini bəsləyir.
Qapılar bağlayır, sədlər süsləyir...
Bütün maneələr bu cür səsləyir :
"Bacarsan yaz, yarat!" durub qəsdimə.Bu qəsdi nə üçün mən bacarmıram?
Yaşamaq haramdır, ölmək lap haram...
Ölsəm də mən hər gün bax aram-aram
Qalıram salamat, durub qəsdimə...- Hümbət İsmayılov
Şəkil : @NigarSadiq - dən arzu olunur...
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!