Daşın ağrısı

20 2 5
                                    

Gəzirlər günəşdə, dumanda, çəndə.
Səni kim düşünsün? Güldürmə sən də...
Rahat-rahat ayaqlayıb keçəndə,
Kimin vecinədir daşın ağrısı?
 
Fəryad sükutdursa, heç kim eşitmir.
Qəlbində qalır o, heç yana getmir.
Allahdan özgəyə təzahür etmir,
İçəri daman o yaşın ağrısı...
  
İnsan kiçilirmiş az-az çökəndə...
Çökəni utanır kimsə sökəndə?...
Atalar yanılıb misal çəkəndə,
Böyükmüş bu kiçik başın ağrısı.
  
Əzəldən sevdirə bilmir özün yas...
Gərək qəmli deyil, şən olsun təmas...
Bülbülün nəğməsi xoş olsun əsas,
Kimə gərəkdir ki, quşun ağrısı...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora