"Və sair"

50 9 6
                                    

Sakit bir gecədə parlaq ay ola.
Təzəcə dəmlənmiş tünd bir çay ola.
Belə bir mənzərə gətir xəyala,
Bir qələm,bir vərəq və bir də şair...
 
Kim isə şən olan şeir yaz dedi?
Qeyri-mümkün olan bir şey istədi.
Mənimçün saxtadır, xoşbəxtlik nədi?
Hər şey yaxşı, gözəl olar və sair.
 
Şairin hər şeyi gizli sözündə
Nə bir davranışda, nə də gözündə.
Şeirlər izahı tutur özündə,
Söylər hər şeyi onlar,mənə dair.
 
Dünya qəlbimizə çox vurub yara.
Biz orda yanaraq düşdük məzara.
Elə Cəhənnəmdən gəlmişik bura,
Bizə Cəhənnəmdə söyləmə zair...
 
- Hümbət İsmayılov
 
Şəkillərin həyat tapdığı ünvan : NigarSadiq

Zair = Ziyarətçi

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now