Bu ki mənim yarımın cəfalı ayaq səsi.
Bu ki bir vəfasızın, vəfalı ayaq səsi..Gəl bir üzünü görək! De! Dərdin indi nədi?
İncitdiyin insanın məzarına gələrkən ayağın incimədi?
Toxunmadı ayağına? Söylə görüm daş-kəsək?
Burda çörək tapılmaz, torpaq kəsək? Daş kəsək?
Yarım məzar üstünə xoş buyurub, xoş gəlib!
Niyə əli boş gəlib?
Barı bura gələndə bir çiçək gətirəydin.
Xatirələr yarasından, vərəqlərin arasından,
Bir ləçək gətirəydin...
Gözlərində yaş isti, məzarımda daş soyuq.
Qalx! Uzanma torpağa! Uzaq olsun kaş soyuq!
Vallah soyuqlayarsan...
Birdən gözündə yaşla, burda yatıb qalarsan,
Eşq sözünü dilində, birdən sayıqlayarsan...
Toxuna bilmərəm bax, yenə sənin əlinə.
Mən yenə də eyniyəm. Sığal çəkər telinə,
Mənim yerimə külək...
Gərək gedim əzizim! Yolçu yolunda gərək...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!