Çalışmaq

26 6 14
                                    

Boş olan bədəni bərkə döndərir.
Zəhmət nəticəsi qəlb sevindirir.
Bədəni yorsa da ruhu dindirir,
İnsanı ayaqda tutur çalışmaq.

Zəhmətlə sağalar ən dərin yaran.
Əlbət unudular səni hər yoran.
Canından can qopsa, qalma nigaran,
Canına canı da qatır çalışmaq.

Çalışqan insanlar daim ucalır.
Ən gözəl xatirə əməkdən qalır.
İnsandan kədəri və dərdi alır,
Xoşbəxtlik və sevinc satır çalışmaq.

Harda görsən əmək çalış ora get.
Əziyyət çəkərək yardımlara yet.
Sən də çalış xeyli, əməyi sərf et
Gör necə puç olur, batır çalışmaq...

- Hümbət İsmayılov
Təbiətin yaxşı tanıdığı insanların isə anlamadığı fotoqraf :NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now