Sənə qurban olaram (qəzəl)

72 14 14
                                    

Yazaram haqqı sənə, özüm də nöqsan olaram,
Mən eşqəm, qədrimi bil ki, sonra vicdan olaram...

Əgər ki açsan qəlbini gələrəm əbədi qalmağa,
Bağlasan əgər ürəyini necə mehman olaram?
  
Torpaq ol, su istə, Allaha eylə duanı,
Duana qarışıb gəlib sənə leysan olaram.
  
Qorxma heç sözümdən sənə hərdən acı gəlsə,
Bil ki nifrət də eyləsəm, sənə qurban olaram....
  
Baxma dünyanın zülmünə, o ki zindandı bizə,
Bir gün qaçaram məzara, ona zindan olaram...
 
Şair! Nə olar, yazdığınla əməlini oxşat!
Yoxsa mən yaxşıca şair, yaman insan olaram
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now