Ad

36 2 3
                                    

Nəzakətli şəxsə əyri baxılır

Hörmət sahibidir vəhşi və vandal

Yoldan çıxarana medal taxılır

Yola gətieənin qolunda qandal

Axmağı gülüşçün deyindirirlər

Haqqı deyinəni dayandırırlar

Heyvanı insantək geyindirirlər

İnsanı heyvantək soyundururlar.

Görüb virtualda onların gücün,

Elə bilirsən ki dəyərin yoxdur.

Sən yas saxlayırsan fenomen üçün

Vicdanın ölübdür, xəbərin yoxdur...

Bir xalq bundan artıq de necə batsın?

Xalqın xəcaləti boyundan iri

Xalqın şairləri Xəzərdə yatsın

Təlxəyə deyərsiz xalqın şairi

"Hər vaxtınız şeir" ...Opowieści tętniące życiem. Odkryj je teraz