Dünya maarif doludur, irfana möhtac.
Güclülər nə çoxdur vicdana möhtac!Qəribə dünyadır yoxsa adamlar?
Onlar həm can alır həm cana möhtac...
Tanrı! Bizlərə Sən müsibət gətir!
Cahilik! Qalmışıq ehsana möhtac!Bu ki müsibətin ən böyüyüdür,
Qalmasın bir insan insana möhtac!
Əgər 'bu' ölümdür, 'o' da ki yaşam,
Mən buna möhtacam, sən ona möhtac!
Hümbət! Düşündüyün böyük nöqsandı,
Etmə! Qalsan da sən nöqsana möhtac...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!