"Dünyadı Cəhənnəm" (qəzəl)

54 13 8
                                    

Dəyər ki alan ağlını ələ dünyadı Cəhənbəm
Buna mən inanmışam ki elə dünyadı Cəhənnəm.

Mənə sən oddan-alovdan, əzabdan vurma dən,
Varsa bir Ana gözündə gilə, dünyadı Cəhənnəm.

Yalanı, şəri, böhtanı ucaldır, taxta mindirir,
Doğrunu, haqqı salır müşgülə dünyadı Cəhənnəm.

Toxun heç yuxusuna girməz ala acdan xəbəri,
Acsa, ac yatsa belə üz gülə, dünyadı Cəhənnəm.

Bir azca su olsun yetər, yaşayıb ətir saçardı,
Səhrada yer verilirsə gülə dünyadı Cəhənnəm.

Gedəcək bu şair əlbət, gedəcək çıxıb hamı tək,
Nə badə bir də dünyaya gələ, dünyadı Cəhənnəm!

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Opowieści tętniące życiem. Odkryj je teraz