O dünyaya etdim axın.
Uzaq olsun məndən yaxın.
Gözlərimin içinə baxın,
Düz üzümə tüpürün!Nədir dəqiq? Nədir qəti?
Azaldıbdı nə taqəti?
Çox demişəm həqiqəti,
Düz sözümə tüpürün!Gəlməsin hiss, duyğu yola!
Baxın! Getdiyim bu yola.
Gedim, tökün bir su yola,
Düz izimə tüpürün!
Kəsməyin heç toxun payın!
Çoxdan daha çoxun sayın!
Səhvlərimə toxunmayın!
Düz düzümə tüpürün!
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!