"Stəkanın dolu tərəfi"

45 9 9
                                    

Yuxarıdan "Ölümündən bir gün sonra" şeirini dinləyə bilərsiz. 

Sən bu müsyölərə,madamlara bax!
Çox zəngin görünür,bu damlara bax!
İşi tərs getməyən adamlara bax,
Tərs mütənasib : pulu, şərəfi.   
  
Özün öz yolunu seç,özün yarı.
Sonra etmək olmaz inan fərarı.
Bir də baxarsan ki verib qərarı,
Seçərlər səninçün yolu,hədəfi.
   
Bədbinə yetirməz xətər bu sözlər.
Nikbinə betərdən betər bu sözlər.
Toz dolu kitabda itər bu sözlər,
Həyatı sevməyən sevər bu rəfi...
 
Mənim hər yoluma kədər düzülüb.
Bir gecə mən ölsəm,səhər söz ölüb...!
Düz yarım stəkan zəhər süzülüb,
Bu da stəkanın dolu tərəfi!
  
 - Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin