Zülm qəlbi deşir artıq
İnsanlar gor eşir artıq
Mənim başım düşür artıq,
Sən başa düşmürsən.
Qəlbim zərgər dərdi didər,
Bircə qəm də getməz hədər
Üzüyümün qaşı kədər,
Sən qaşa düşmürsən
Bil! Yaşamaqdı düşmənim,
Həyatdır həyata qənim.
Yüksələn ruhumdu mənim,
Sən haşa! Düşmürsən!
Yaşa! Yaşam eşqiylə yan!
Həyatla bir rəngə boyan.
Mən düşürəm uçurumdan,
Sən yaşa! Düşmürsən...
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!