Ana gözlərində səbəbdir yaşa
Atanın başını döydürür daşa.
Zərbən cəmiyyətə dəyir birbaşa,
Sən adi xəsarət zənn eləyirsən...
Bir neçə şüursuz ömrünə dalıb,
Səni də özünün halına salıb.
Mərhəmət hissini əlindən alıb,
Sən bunu cəsarət zənn eləyirsən
Hər şeyi itirir səbir yoxsulu,
Səbirli insanın ruhudur ulu!
Səbirlə başlayır igidlik yolu,
Sən isə cinayət zənn eləyirsən...
Caniyə canilər deyərlər əhsən...
Bir canı qaytarmaz dünyanı versən!
Dünyanı Cəhənnəm edib sonra sən,
Axırın bəs Cənnət zənn eləyirsən?!
- Hümbət İsmayılov
YOU ARE READING
"Hər vaxtınız şeir" ...
PoetryHər üstün bilən və bacaranın bir üstün bilən və bacaranı vardır. Ən üstün bilən və bacaran isə bilik və bacarığı yaradan - Tanrıdır!